"Neftçi"dən çətin qələbə

Futbol 15.07.2017 17:19
"Neftçi"dən çətin qələbə
976 Dəfə oxunub
"Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

"Ağ-qaralar" yeni mövsümdən 1-ci divizionda çıxış edəcək "Binə” klubu ilə qarşılaşıb.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qolu oyunun ikinci hissəsində Rəsul Babazadə vurub.

“Neftçi”: Rəşad Əzizli, Georgi Navalovski (Məqsəd İsayev), Kirilo Petrov (Rahil Məmmədov), Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Ömər Buludov), Tərzin Cahangirov (Edson Kastilyo), Ruslan Abışov, İqnasio Errera (Daniel Seqoviya), Rəhman Hacıyev (Namik Ələskərov), Elnur Cəfərov (Fəhmin Muradbəyli), Uqo Barqas (Rəsul Babazadə).

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da "Şüvəlan”a qarşı keçirəcək.