Bisping Qastelium

“Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb

Futbol 16.07.2017 12:21
 “Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb
1266 Dəfə oxunub
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb. Qarşılaşmanı serbiyalı baş hakim Srcan Yovanoviç idarə edəcək. Ona bu işdə Uroş Stoykoviç və Milan Mixayloviç yardımçı olacaq. 4-cü hakim funksiyasını Marko Popoviç daşıyacaq.
Xatırladaq ki, bu komandalar arasında iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "Qarabağ" "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub edib. Təmsilçimiz növbəti mərhələyə adlayacağı təqdirdə, "Şerif" (Moldova) - Kukesi (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.




Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu, 18 iyul
21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç və Milan Mixayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Hakim-inspektor: Laslo Vaqner (Macarstan)
UEFA nümayəndəsi: Pol Daniel Zaharya (Rumıniya)