Bisping Qastelium

Əliyar Ağayev Çempionlar Liqasının oyununda

Futbol 16.07.2017 16:05
Əliyar Ağayev Çempionlar Liqasının oyununda
2967 Dəfə oxunub
FİFA referisi Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat alıb. Həmyerlimiz ÇL-nin II təsnifat mərhələsinin cavab matçında – “Rusenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununda iş başında olacaq.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq.

Görüşün UEFA nümayəndəsi isveçli Kristel Brorson, hakim inspektoru isə ingilis Peter Cons təyin olunub.