"Kəpəz" 2 yeni futbolçu ilə anlaşdı

Futbol 17.07.2017 11:06
"Kəpəz" 2 yeni futbolçu ilə anlaşdı
735 Dəfə oxunub
Kəpəz” heyətinə yeni oyunçular cəlb edib.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, Ərzurumda təlim-məşq toplanışında olan Gəncə təmsilçisi Türkiyəyə yollanmamışdan öncə iki futbolçu ilə anlaşıb.

Hazırlığın Bakı mərhələsinin sonunda Aydın Qasımov və Sergey Çernışev ilə bir illik müqavilə bağlanıb.

Qeyd edək ki, Qasımov hücumçu, Çernışev yarımmüdafiəçi mövqeyində çıxış edir.