Klublarımızın cavab oyunlarını hansi hakimlər idarə edəcək?

Futbol 17.07.2017 11:45
Klublarımızın cavab oyunlarını hansi hakimlər idarə edəcək?
858 Dəfə oxunub
UEFA Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını idarə edəcək hakimlər bəlli olub.

İyulun 20-də Rumıniyanın “Astra” klubunu qəbul edəcək “Zirə”nin oyununda baş hakim gürcüstanlı Georgi Vadaçkoriyadır. Ona Zaza Menteşaşvili,Ş Georgi Elikaşvili və Qoqa Kikaçeşvili yardım edəcəklər.

Lüksemburqda “Fola”nın qonağı olacaq “İnter”in oyununda ədaləti qorumaq litvalı hakimlərə tapşırılıb. Donatas Rumsasa Aleksandr Radius, Vladimir Gerasimov və Robertas Smitas yardım edəcəklər.

Polşada keçiriləcək “Yagelloniya” – “Qəbələ” qarşılaşmasında baş hakim rumıniyalı Konstantin Sebastyan Koltesku olacaq. Ona həmyerliləri Radu Qinqulyak, Vladimir Urzika və Katalin Qaman kömək edəcəklər.