Bisping Qastelium

"Kəpəz"də 3 legioner

Futbol 17.07.2017 13:14
"Kəpəz"də 3 legioner
1605 Dəfə oxunub
Türkiyədə çalışmaları davam etdirən “Kəpəz”ə daha üç futbolçu qoşulub. Söhbət əcnəbi oyunçulardan gedir.

Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Victor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.

1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

“Kəpəz”ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu baş məşqçi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib.