Kamran Ağayev Avropa Liqasında oynaya bilər

Futbol 27.07.2017 16:26
Kamran Ağayev Avropa Liqasında oynaya bilər
1457 Dəfə oxunub
Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin qapıçısı Kamran Ağayevi UEFA-ya sifariş edib.

Həmyerlimizin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün sifariş ərizəsinə daxil edilib. 31 yaşlı qolkiper 30 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Çexiya mətbuatı Kamranla 1+1 illik müqavilə imzalandığını yazıb.

Əlavə edək ki, "Mlada Boleslav" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.