invest

Kamran Ağayevin keçidi rəsmiləşdi

Futbol 29.07.2017 00:26
Kamran Ağayevin keçidi rəsmiləşdi
1532 Dəfə oxunub
Çexiyanın “Mlada Boleslav” klubu Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə münasibətlərini rəsmiləşdirdiyini açıqlayıb.

Klubun saytının verdiyi xəbərə görə, Çexiya komandasına azad agent kimi keçən 31 yaşlı qolkiperlə 2017/2018 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Ağayevin son klubu Portuqaliyanın "Boavişta" klubu olub.