Kamran Ağayev "Mlada Boleslav"ın Tiranadakı son məşqində

Futbol 03.08.2017 15:19
Kamran Ağayev "Mlada Boleslav"ın Tiranadakı son məşqində
1311 Dəfə oxunub
Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Mlada Boleslav" klubu Albaniyada "Skenderbeu" ilə qarşılaşacaq.

Çexiyada keçirilən ilk oyunda Ağayevin komandası 2:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, həmin oyunda həmyerlimizin adı "on səkkizliyə" salınmamışdı.

Bu dəfə də komanda ilə birgə Albaniyaya aparılan həmyerlimiz böyük ehtimalla meydana çıxmayacaq. Kamran dünən "Mlada Boleslav"ın Tiranadakı son məşqində iştirak edib.  

"Skenderbeu" - "Mlada Boleslav" matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.