Bisping Qastelium

San Marino ilə oyunun biletləri satışda

Futbol 10.08.2017 17:32
San Marino ilə oyunun biletləri satışda
1106 Dəfə oxunub
DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – San Marino oyununun biletləri satışa çıxarılıb.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın biletlərini 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı) və 8-ci km qəsəbə stadionunun kassalarında əldə etmək olar.

Saat 20:00-da başlayacaq matçın biletlərini onlayn satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

VİP biletlərin qiyməti 25 manatdı. 1-ci kateqoriya biletləri 4, 2-ci kateqoriyalılar 1 manat olacaq.