Kamran Quliyev: "Həm "Kəpəz", həm də "Səbail" çıxış yolunu tapacaq"

Futbol 11.08.2017 14:23
Kamran Quliyev: "Həm "Kəpəz", həm də "Səbail" çıxış yolunu tapacaq"
504 Dəfə oxunub
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin iclası keçirilib. Premyer liqa klublarının nümayəndələrinin iştirak etdiyi tədbirdə futbolumuzla bağlı bir sıra aktual məsələlər müzakirə edilib.

Yığıncaqda əsas müzakirə mövzularından biri stadionu təmirdə olan "Kəpəz" və "Səbail"in ev oyunlarını harada keçirməsi olub. Klublar komitəsinin sədri Kamran Quliyev bununla bağlı açıqlama verib:

"Bildiyiniz kimi, bəzi klubların hazırda stadion problemi var. Bu, onların stadionunda gedən təmir işləri ilə bağlıdır. İclasda da aydınlaşdı ki, digərləri həmin klublara birmənalı şəkildə dəstəkdilər. Çıxış yolu kimi başqa stadionlarda ev oyunlarını keçirməkləri fikri söylənildi. Hazırda “Kəpəz” və “Səbail” klubları öz stadionlarında oynaya bilmirlər, təmir işləri aparılır.

Daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək, çünki danışıqlar gedir. Onların ilk dövrədəki bütün görüşlərinin səfər meydanında baş tutması variantı, böyük ehtimalla, həyata keçməyəcək. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq”.