Mövsüm "Qarabağ"ın "Neftçi" üzərindəki qələbəsi ilə başladı

Futbol 12.08.2017 00:10
Mövsüm "Qarabağ"ın "Neftçi" üzərindəki qələbəsi ilə başladı
946 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 2017-2018 mövsümünə start verilib. Mövsümün açılış oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"CBC Sport"la canlı yayımlanan görüşdə Ağdam klubu 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları avqustun 12-13-də keçiriləcək.

Topaz Premyer Liqası, 1-ci tur

11 avqust (cümə)

"Neftçi" – "Qarabağ" - 1:3
Qollar: Rahid Əmirquliyev, 90+2 (avtoqol) - Mahir Mədətov, 14; 40, Dino Ndlovu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
8-ci km qəsəbə stadionu