"Beşiktaş" Medeli transfer etdi

Futbol 12.08.2017 17:02
"Beşiktaş" Medeli transfer etdi
252 Dəfə oxunub
“Beşiktaş” İtaliya “İnter”inin futbolçusu Qari Medelin transferini rəsmiləşdirib.

İstanbul klubunun rəsmi saytının yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Beşiktaş”çilili futbolçunun transferi üçün qarşı tərəfə 2.5 milyon avro təzminat ödəyib.

Medel ötən mövsüm “İnter”in heyətində 31 oyunda meydana çıxıb.