invest

"Roma" rəsmisini Azərbaycana səfər narahat edir

Futbol 25.08.2017 13:27
"Roma" rəsmisini Azərbaycana səfər narahat edir
2727 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın meneceri Umberto Qandini püşkatmanı dəyərləndirib.

İtaliya mətvuatına açıqlama verən klub rəsmisi bunları deyib: "“Əhəmiyyətli olan bizim öz oyunumuzdur. Altı çətin görüşümüz olacaq.  Bu çox çətin məsələdir. Məsələn, bunun içində Azərbaycana uzun səfər var. Həm Seria A-da, həm də Çempionlar Liqasında oynamaq çətindir. Amma böyük klublara qarşı çıxış etmək sevindiricidir. Azərbaycana səyahət bizi narahat edən amildir. Amma həmin oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Dekabr ayında harada olacağımız bizim öz məsuliyyətimizdən asılıdır”.