Bisping Qastelium

Y. Jezniçak: "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam"

Futbol 11.09.2017 22:40
Y. Jezniçak: "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam"
1025 Dəfə oxunub
"Qarabağ" klubunun polşalı müdafiəçisi Yakub Jezniçak "Çelsi" ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında rəqibi dəyərləndirib:

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik. "Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam”.