Bisping Qastelium

Rəşad Sadıqovun komandası uduzdu

Futbol 12.09.2017 19:09
Rəşad Sadıqovun komandası uduzdu
869 Dəfə oxunub
"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda səfərdə "Çelsi" ilə üz-üzə gəlib. Ağdam klubu 48-ci dəqiqədə meydanda azlıqda qalıb. İbrahim Qədirzadə qırmızı vərəqə alıb. Bundan sonra İngiltərə klubu "Qarabağ"ın qapısından 5 top keçirib.

UEFA Gənclər Liqası

16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0 (İkinci hissə)
Qollar: Hudson Odoi, 54,Makkormik, 63, 71, 74, Braun, 80