UFC Rua

"Çelsi" "Qarabağ"ı 6 cavabsız qolla məğlub etdi

Futbol 13.09.2017 01:42
"Çelsi" "Qarabağ"ı 6 cavabsız qolla məğlub etdi
698 Dəfə oxunub
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksələn "Qarabağ" debüt oyununda səfərdə "Çelsi" ilə üz-üzə gəlib.

"Stemford Bric" stadionunda keçirilən görüş London klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası, qrup mərhələsi

12 sentyabr

"Çelsi" – "Qarabağ" - 6:0
Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuai, 76; 82
Baş hakim: Anastasios Sidiropulos
Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
London. “Stemford Bric” stadionu