Bisping Qastelium

Qurban Qurbanov: "Çempionlar Liqasının qalibi olmağa namizəd komanda ilə oynadıq"

Futbol 13.09.2017 11:22
Qurban Qurbanov: "Çempionlar Liqasının qalibi olmağa namizəd komanda ilə oynadıq"
540 Dəfə oxunub
"Qarabağ"ın baş məqşçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər oyunundan sonra mətbuat konfransında iştirak edib: "Çempionlar Liqasının qalibi olmağa namizəd bir komanda ilə oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur”.

O, London klubuna 0:6 hesabı ilə uduzmalarını turnirdə təcrübələrinin olmamaları ilə əlaqələndirib:
“Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağı ilə bağlıdır. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibəti ilə təbrik edirəm”.