UFC Rua

Zappakosta: "Ötürmə vermək istəyirdim"

Futbol 13.09.2017 12:49
Zappakosta: "Ötürmə vermək istəyirdim"
1322 Dəfə oxunub
"Çelsi"nin futbolçusu  Davide Zappakosta Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra UEFA-nın saytına açıqlama verib: "“Xoşbəxtəm. “Stemford Bric”də fərqlənməyi bacardım. Buna görə çox sevinirəm. Bu cür debütü ancaq arzulamaq olardı”.

London klubunun ikinci qolunun müəllifi olan Zappakosta qələbə qazandıqları  üçün şad olduqlarını bildirib:  "Açığı, vurduğum qol epizodunda hava ötürməsi etmək istəyirdim. Lakin top ayağıma yaxşı “oturduğundan”, qapıya getdi”.

İtaliyalı müdafiəçi ÇL-də ilk hədəflərinin qrupdan çıxmaq olduğunu deyib: “Məqsədimiz bacardığımız qədər irəli getməkdi. Bu tempdə davam edəcəyik. İlk növbədə isə qrupdan çıxmağı planlaşdırırıq”.