invest

Tərlan Əhmədov: "Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzaya da hazır olmalıdır"

Futbol 15.09.2017 22:36
Tərlan Əhmədov: "Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzaya da hazır olmalıdır"
947 Dəfə oxunub
Neftçi”nin yeni baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, öncə yeni komandası haqqında fikirlərini bildirib: " Elxan Abdullayevə təşəkkür edirəm. Hər şeyi onun üstünə yıxmaq olmaz. Komandada çatışmazlıq çoxdur. Futbolçularda özünəinam azdır. Hər məşqdə onlarda inamı qaytarıram. Futbolçularda bir-birinə qarşı da inamsızlıq var. Komanda yoldaşları bir-birini qəbul etmirlər. Yerlilər bir, legionerlər başqa qruplaşmadır. Bunları aradan qaldırmağa çalışırıq. Zamana ehtiyacımız var. Fiziki durum çox da pis vəziyyətdə deyil. Amma tam olaraq komanda çempionata hazır deyil".

Əhmədov yaxın vaxtlarda fiziki hazırlıq üzrə məşqçi dəyişikliyinin olacağını deyib: "Heç vaxt kin saxlayan insan olmamışam. Mənim üçün işçinin, futbolçunun fərqi yoxdu. Sadəcə olaraq burda bir məqam var. "Neftçi" Azərbaycan futbolunun tarixidir. Qız Qalası, Şirvanşahlar sarayı kimi. Burda həmişə dahi futbolçular, məşqçilər olub. Fiziki hazırlıq üzrə məşqçimiz Kalesnikovun böyük təcrübəsi yoxdur. Mən də çalışıram ki, fiziki cəhətdən problem varsa, daha səviyyəli məşqçi dəvət olunsun. Yaxın müddətdə fiziki hazırlıq üzrə məşqçi dəyişikliyi olacaq. Amma hələ ki, Kalesnikov öz vəzifəsindədir. Başqa məşqçilərlə danışıqlar aparırıq".

Baş məşqçi maliyyə durumunun normal olduğunu qeyd edib: "Heç bir narazılıq ola bilməz. Məni büdcə maraqlandırmır. Mənim tələblərim başqadır. Nə qədər mülayim olsam da, sərt qərarlarım olur. İşdə məsuliyyətsizliyi bağışlamıram. Bu məsələdə məndə insaf yoxdur".

Paytaxt klubunun çalışdırıcısı qarşısına qoyulan məqsədlər haqqında da danışıb: "Qışa qədər çox xal qazanmağa çalışacağıq. Qışdan sonra yeni futbolçular cəlb edəcəyik. Çalışacağıq ki, əvvəlki "Neftçi"də olduğu kimi heyətimizə səviyyəli futbolçular cəlb edək. Rəhbərlik bütün səlahiyyəti mənə verib. Bütün problemlərin məsuliyyəti mənə həvalə edlib".

Əhmədov uğursuzluğ zamanı futbolçuların cəzalanacağını deyib: "Tək uğursuzluğa görə yox, bütün məsələlərdə cəzalarla bağlı kodeksimiz hazırdır. Futbolçu yüksək məbləğdə maaş alırsa, cəzalara hazır olmalıdır.