Tərlan Əhmədrov: ""Mövsümün əvvəlindən "Neftçi"də olsaydım, fərqli komanda görərdiz."

Futbol 17.09.2017 09:49
Tərlan Əhmədrov: ""Mövsümün əvvəlindən "Neftçi"də olsaydım, fərqli komanda görərdiz."
1043 Dəfə oxunub
Topaz Premyer Liqanın 5-ci turunda "Zirə"yə uduzan (1:2) "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə görüş haqda fikirlərini bildirib: "Komandamın oyunundan çox razı qaldım. Bacardığımız qədər hücum futbolu oynamağa çalışdıq. Beş gündə ərzində gördüyümüz işlərin nəticəsini gördük. Uşaqların oyunu məni çox sevindirdi. Lakin görüləsi işlər həddən artıq çoxdu. Komandada kollektiv oyun məni sevindirdi. Qarşıda bizi ağır oyunlar gözləyir. Bu oyundakı səhvləri minimuma endirmək istəyirik.

"Mövsümün əvvəlindən "Neftçi"də olsaydım, fərqli komanda görərdiz. Bu gün mənim futbolçum təkcə Rəşad Sadiqovdu. Heyətlə bağlı problemlərimiz çoxdu. “Neftçi”nin bir çox istedadlı futbolçu tərk edib. O ki qaldı məni bura kimin gətirməsinə, məni klub rəhbərliyi təyin edib. Lakin bundan öncə bir çox insanın fikirləri öyrənilib.

"Azarkeşlərlə görüş olacaq. Həftəiçi onlarla görüşəcəyik, bir neçə oyunçu və mən söhbət edib dərdləşəcəyik".

Əhmədov "Neftçi"də olsaydı,  Elşən Abdullayev, Araz Abdullayev və Cavid İmamverdiyevin komandadan getməyinə icazə verməyəcəyini bildirib.

Baş məşqçi qarşıdakı oyunlar haqqında da fikirlərini bildirib: "İndidən hansısa dəyişikliyi deyə bilmərəm. İşmizi davam etdirəcəyik. Elnur Cəfərov sabahdan fərdi məşq edəcək və sonra komandaya qoşulacaq. Mirabdulla Abbasov, Səlahət Ağayev və Elnurun tam bərpa olmaması, Emin Mahmudovun məsləsinin aydınlaşmaması bizə problem yaaradır. Əlimizdə nə varsa, ondan istifadə edəcəyik. Biz oyundan-oyuna artırmaq istəyirik. "Qəbələ" və "İnter"lə çətin səfər oyunlarımız var. Bu iki oyundan xallar götürmək istəyirik.