Souza Branson

Kevin Strotman: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"

Futbol 19.09.2017 12:56
Kevin Strotman: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"
1217 Dəfə oxunub
"Roma"nın futbolçusu Kevin Strotman "twitter" hesabında azarkeşlərin suallarına cavab verib.

Hollandiyalı yarımmüdafiəçi "canavarlar"ın Çempionlar Liqasının qrup mərhələsində səfərdə təmsilçimiz "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə verilən sualları da cavablandırıb. 27 yaşlı futbolçu "Qarabağ"la qarşılaşmanın çətin keçəcəyini vurğulayıb: "Qarabağ"a qarşı oyun çətin olacaq. Rəqibimiz  ilk qarşılaşmada "Çelsi"yə 0:6 hesabı ilə uduzub. Hər iki komanda meydana qələbə üçün çıxacaq. "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir. Yaxşı rəqibdirlər. Ancaq biz də səfərə 3 xal istəyilə yollanacağıq. Bizim 4-5 saatlıq təyyarə yolumuz olacaq. Bunu nəzərə alaraq deyirəm ki, bizim üçün çətin olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də, saat 20:00-da başlayacaq.