Miocic Nqannu

"Qarabağ" - "Roma" matçına 58 min bilet satılıb

Futbol 22.09.2017 12:33
"Qarabağ" - "Roma" matçına 58 min bilet satılıb
1371 Dəfə oxunub
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Ağdam klubunun saytı xəbər verir ki, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 minə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Biletləri AMAY, 28 Mall, Gənclik Mall ticarət mərkəzləri və digər satış məntəqələrindən, eləcə də onlayn olaraq almaq olar.

Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.