"Roma"nın hücumçusu Bakıya gəlməyəcək

Futbol 22.09.2017 14:01
"Roma"nın hücumçusu Bakıya gəlməyəcək
916 Dəfə oxunub
Roma”nın futbolçusu Patrik Şikin zədə səbəbindən Bakıya gəlməyəcəyi dəqiqləşib.

“Verona” ilə qarşılaşmada (3:0) zədələnən çexiyalı hücumçunun sol ayağının əzələlərində şiş aşkarlanıb. Bu səbəbdən Şik təxminən iki həftədən sonra komanda ilə məşqlərə qoşula biləcək.

Şikin sentyabrın 27-də “Qarabağ”la, oktyabrın 5-də Çexiya yığmasının heyətində Azərbaycan milisi ilə Bakıda keçiriləcək görüşlərdə də forma geyinə bilməyəcək.