invest

Totti Bakıya gəlməyəcək

Futbol 26.09.2017 14:03
Totti Bakıya gəlməyəcək
505 Dəfə oxunub
"Roma"nın əfsanəsi Françesko Totti Bakıya gəlməyəcək. İtaliya mətbuatı yazır ki, buna səbəb komandanın sabiq kapitanının doğum gününün oyun gününə təsadüf etməsidir.

Sabah 41 yaşı tamam olacaq əfsanəvi futbolçu bunu ailəsi və dostları ilə birgə qeyd etmək istədiyini bildirib. Bu üzdən Tottinin Bakıya gəlişi reallaşmayacaq.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” matçı saat 20:00-da başlanacaq.