invest

Bakıda tarixi oyun: "Qarabağ" "Roma"ya qarşı

Futbol 27.09.2017 12:49
Bakıda tarixi oyun: "Qarabağ" "Roma"ya qarşı
563 Dəfə oxunub
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

Ölkəmizi bu yarışda təmsil edən “Qarabağ” İtaliyanın “Roma” klubunu qəbul edəcək. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi düşəcək. .

Satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”a güclü azarkeş dəstəyinin olacağından xəbər verir.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu  

22:45.”Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

A qrupu

22:45. “Bazel” (İsveçrə) - “Benfika” (Portuqaliya)

22:45. MOİK (Rusiya) - “Mançester Yunayted” (İngiltərə)

B qrupu

22:45. PSJ (Fransa) - “Bavariya” (Almaniya)

22:45. “Anderlext” (Bekçika) - “Seltik” (Şotlandiya)

D qrupu

22:45. “Yuventus” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)

22:45. “Sportinq” (Portuqaliya) - “Barselona” (İspaniya)