invest

"Qarabağ"ın gəncləri "Roma"ya uduzdu

Futbol 27.09.2017 17:22
"Qarabağ"ın gəncləri "Roma"ya uduzdu
1177 Dəfə oxunub
UEFA Gənclər Liqasında 2-ci turun oyunları keçirilir.

“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da “Roma”lı həmyaşıdları ilə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. İtaliya klubunun heyətində Jan Kelar 11 və 60-cı dəqiqələrdə fərqlənərək, dubl edib. "Roma"nın 3-cü qolunu 77-ci dəqiqədə Antonucci vurub.  

Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5 hesabı ilə uduzub.