Robert Prosineçki: "Böyük ehtimalla Azərbaycanda qalmayacam"

Futbol 11.10.2017 11:58
Robert Prosineçki: "Böyük ehtimalla Azərbaycanda qalmayacam"
791 Dəfə oxunub
Milli komandamızın baş məşqçisi Robert Prosineçki index.hr saytına müsahibə verib. Xorvatiyalı mütəxəssis böyük ehtimalla Azərbaycan milli komandasında qalıb işləməyəcəyini deyib.

O, yaxın günlərdə Azərbaycana səfər edəcəyini söyləyib: “AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Bakıda olacam. Yeni təkliflər üzərində çalışacam. Çox güman ki, Azərbaycanda qalmayacam".

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saat çəkdi.  Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anda heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən Robert Prosineçkinin müqaviləsinin müddəti dekabrda başa çatır.