UEFA "Qəbələ" və "Zirə"-nin hesabına pul köçürdü

Futbol 11.10.2017 13:18
UEFA "Qəbələ" və "Zirə"-nin hesabına pul köçürdü
576 Dəfə oxunub
2017-2018-ci illər mövsümündə  UEFA Avropa Liqası turnirində  iştirak edən Azərbaycan klubları UEFA tərəfindən ayrılmış maliyyə vəsaitini alıblar.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, federasiyanın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş məbləğ klubların hesabına köçürülüb.

“Zirə”– 440 000.00 avro
“Qəbələ” –  460 000.00  avro
“İnter” –  440 000.00 avro

Qeyd: “İnter” Klubu üçün nəzərdə tutulmuş vəsait  klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.