UEFA "Neftçi" və "Qarabağ"a da pul ödədi

Futbol 11.10.2017 15:33
UEFA "Neftçi" və "Qarabağ"a da pul ödədi
1585 Dəfə oxunub
UEFA-nın 19 iyul 2016-cı il tarixli 39 nömrəli məktubuna və həmin məktubun 3.1.3-cü bəndinə əsasən, kommersiya fəaliyyətindən irəli gələn əlavə gəlirlərin seçmə mərhələlərdə iştirak edən klublara bölüşdürülməsi nəzərdə tutulub.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, ayrılmış həmin maliyyə vəsaiti federasiyanın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb:

"Qarabağ” – 75450.00 avro
"Neftçi” –  33220.00 avro
"Qəbələ” –  50960.00 avro
"Kəpəz”–  33220.00 avro