MOİK "İnter"ə, "Mil-Muğan" isə "Qəbələ"yə rəqib oldu

Futbol 11.10.2017 18:08
MOİK "İnter"ə, "Mil-Muğan" isə "Qəbələ"yə rəqib oldu
312 Dəfə oxunub
Bu gün Azərbaycan Kubokunda 2017/2018-ci illər mövsümünə start verilib.

1/16 final mərhələsində iki oyun keçirilib. "Ağsu”nun qonağı olan "Mil-Muğan” 1:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. İmişli klubu 1/8 finalda "Qəbələ" ilə üz-üzə gələcək.

MOİK isə "Turan Tovuz”la qarşılaşmada 2:1 hesablı qələbə qazanaraq 1/8 finala adlayıb. MOİK-in növbəti rəqibi  "İnter” olacaq.