Rəşad Sadıqov qəzaya düşdü

Futbol 11.10.2017 19:03
Rəşad Sadıqov qəzaya düşdü
2417 Dəfə oxunub
Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək avtomobili yolun kənarındakı maneə dirəyinə çırpıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Range Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özü ciddi xəsarət almayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, məlumatı Ağdam klubundan da təsdiqləyiblər. (Yeniçağ.az)