Rauf Əliyev "Kukesi"də ilk qolunu vurdu

Futbol 12.10.2017 19:10
Rauf Əliyev "Kukesi"də ilk qolunu vurdu
1059 Dəfə oxunub
Albaniya çempionatında 5-ci turun oyunları keçirilir. Rauf Əliyevin çıxış etdiyi “Kukesi” komandası səfərdə “Luşnya” ilə qarşılaşıb.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç həmyerlimiz üçün uğurlu olub. "Kukesi"nin ikinci qolunu məhz Rauf Əliyev vurub. O, 60-cı dəqiqədə fərqlənərək, Albaniya çempionatında qol hesabını açıb.