invest

"Qarabağ" - "Atletiko" matçı fransızlara tapşırıldı

Futbol 16.10.2017 14:23
"Qarabağ" - "Atletiko" matçı fransızlara tapşırıldı
354 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Bakı Olimpiya Stadionunda keçiriləcək matçda Ruddi Buke ədalət təmsilçisi olacaq. Ona Jillom Debar və Frederik Kano kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Bertran Joanno yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək “Qarabağ” – “Atletiko” oyunu saat 20:00-da start götürəcək.