invest

"Atletiko" Bakıya 20 futbolçu ilə gəlir

Futbol 16.10.2017 17:56
"Atletiko" Bakıya 20 futbolçu ilə gəlir
1127 Dəfə oxunub
Çempionlar Liqasının III turunda "Qarabağ”ın qonağı olacaq "Atletiko” Bakıya 20 futbolçu ilə gələcək.

Madrid təmsilçisinin rəsmi saytı xəbər verir ki, baş məşqçi Dieqo Simeone oktyabrın 18-də Bakıda keçeriləcək matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea

Qeyd edək ki, yerli vaxtla saat 14:00-da yola düşəcək İspaniya klubu Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.  

"Qarabağ” – "Atletiko” oyunu saat 20:00-da başlayacaq.