Eddi İsrafilov: "Atletiko" Bakıda arxayınlaşmamalıdır"

Futbol 17.10.2017 13:33
Eddi İsrafilov: "Atletiko" Bakıda arxayınlaşmamalıdır"
1023 Dəfə oxunub
Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinə açıqlama verib.

"Ximnastik"in futbolçusu "Qarabağ" - "Atletiko" matçı ilə bağlı danışıb: O, "Atletiko"nu Bakıda nə gözləyir"sualını belə cavablandırıb: "Bakı müasir və gözəl şəhərdir. Hər il yeni binalar tikildiyindən şəhər daha da dəyişir və gözəlləşir. Son 5-10 ildə orada böyük dəyişikliklər baş verib. İnsanlar çox qonaqpərvər və istiqanlıdır".

İsrafilov ispaniyalı həmkarlarımıza Dünya çempionatının seçmə mərhələsi barədə də danışıb: "Seçmə mərhələ başlamamışdan qabaq məqsəd qoyulmuşdu ki, nəticələr və oyun daha da yaxşılaşsın. Ancaq nəzərə almaq lazımdır ki, qrupda Almaniya kimi komanda var idi.  "Qarabağ"a gəlincə, komanda bir neçə ildir ki, Azərbaycan çempionatında qalib gəlir. Və bu il  Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.  Əvəllər "Qarabağ"a asanlıqla qalib gəlmək olardı, ancaq indi elə deyil. "Atletiko" qitənin ən güclü klublarındandı. Madrid komandası son illərdə iki dəfə Çempionlar Liqasının finalına vəsiqə qazandı. Sadəcə "Atletiko" arxayınlaşmamalıdır".  

İsrafilov Azərbaycan millisini seçməsi haqqında da məlumat verib: "Mənim atam Anqoladandır. Ancaq Bakıda təhsil alıb. Anamla da orada tanış olublar. Sonradan işlə əlaqədar onlar İspaniyaya gediblər. Mən həm rus, həm də ingilis dilində danışa bildiyimdən işim çətin olmadı. Prosineçki ilə İspan dilində ünsiyyət qururam. O, əla məşqçi və əla insandır".