Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı

Futbol 17.10.2017 17:13
Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıtdı
346 Dəfə oxunub
"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb.

"Ağ-qaralar"ın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb.

Sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.