invest

Heyətlər açıqlandı: Şehiç və Ndlovu ilk dəqiqələrdən oynayacaq

Futbol 18.10.2017 20:04
Heyətlər açıqlandı: Şehiç və Ndlovu ilk dəqiqələrdən oynayacaq
603 Dəfə oxunub
"Qarabağ" bu gün Çempionlar Liqasında "Atletiko" ilə qarşılaşacaq. Artıq heyətlər məlum olub.

Ağdam klubunda qapını yenə İbrahim Şehiç qoruyacaq. Müdafiənin mərkəzində isə Bədavi Hüseynovla Rəşad Sadıqov çıxış edəcək. Jezniçak ehtiyada qalıb. Zədəli Dino Ndlovu start heyətində meydan çıxıb.

Qarabağ: İbrahim Şehiç, Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Riçard Almeyda, Ansi Aqolli.

"Atletiko": Yan Oblak, Dieqo Qodin, Felipe Luis, Antuan Qruzmann, Saul, Yannik Karrasko, Qabi, Şime Vrsalko, Kevin Qameyro, Nikolas Qaytan, Xose Mariya Ximenes.