Bisping Qastelium

Qabi: "Qarabağ"la oyundan sonra vəziyyətimizi bir qədər də çətinləşdirdik"

Futbol 19.10.2017 14:04
Qabi: "Qarabağ"la oyundan sonra vəziyyətimizi bir qədər də çətinləşdirdik"
506 Dəfə oxunub
"Atletiko"nun kapitanı Qabi Fernandes İspaniya mətbuatına açıqlama verib. O, "Qarabağ"la oyun haqqında fikirlərini bildirib: "Qol vurmaq üçün şanslarımız oldu. Xüsusilə, ilk hissədə buna yaxın idik".

Qabi  "Qarabağ"la xal itkisindən sonra qrupdakı vəziyyətlərinin bir qədər də qəlizləşdiyini bildirib: “Fasilədən sonra da göstərdik ki, komandamızın gücü var. Amma ikinci hissədə çoxlu qol imkanımız olmadı. “Qarabağ” öz oyununu göstərməyə başladı. Rəqibin kimliyindən asılı olmayaraq, “Atletiko” həmişə sona qədər mübarizə aparır. Etiraf edim ki, çox çətin qrupda yer almışıq. “Qarabağ”la görüşdən sonra vəziyyətimizi bir qədər də çətinləşdirdik”.

Qabi qrupdakı növbəti 3 matçda maksimum nəticə toplamağa çalışacaqlarını qeyd edib: “Çempionlar Liqasının qrup oyunlarında ilk dövrəni başa vurduq. Təbii ki, bu görüşlərdə uğurlu nəticə əldə edə bilmədik. İndi bizi daha 3 qarşılaşma gözləyir. Həmin oyunlardan qələbə ilə ayrılmalıyıq. İlk növbədə, “Qarabağ”la evdəki görüşdə bunun öhdəsindən gəlməliyik”.

Qeyd edək ki, “Atletiko” və “Qarabağ” arasındakı Madriddəki qarşılaşma isə oktyabrın 31-də keçiriləcək.