Bisping Qastelium

Onil günahını etiraf etdi

Futbol 19.10.2017 16:04
Onil günahını etiraf etdi
548 Dəfə oxunub
Dünya çempionatının seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparmış Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil içkili vəziyyətdə sükan arxasına keçdiyini etiraf edib. Bu barədə Sky Sports məlumat yayıb.

Britaniya mətbuatının yazdığına görə, hadisə ötən il sentyabrın 10-da baş verib. Bu gün məhkəmə qarşısına çıxan 48 yaşlı məşqçi günahını etiraf edib.

Qeyd edək ki, Onil 2012-ci ildən Şimali İrlandiya milli komandasını çalışdırır. Seçmə mərhələdə millimizlə bir qrupda mübarizə aparan Şimali İrlandiya 2-ci yeri tutaraq, pley-off-da İsveçrə ilə qarşılaşacaq.