Bisping Qastelium

"Atletiko"da təcili toplantı

Futbol 19.10.2017 17:27
"Atletiko"da təcili toplantı
1302 Dəfə oxunub
“Atletiko”nun Bakıda “Qarabağ”la heç-heçə etməsi (0:0) təkcə klubun azarkeşlərini qəzəbləndirməyib. İspaniya mətbuatının yazdığına görə, Madrid komandasının rəhbərliyi də bu nəticədən narazı qalıb.

Bu məqsədlə səhər saatlarında klubun bir neçə nümayəndəsi təcili iclas keçirib. Toplantıda əsas müzakirə mövzusu “Qarabağ” qarşısındakı uğursuz çıxış olub. Zəif oyunla yanaşı, bəzi futbolçuların formadan uzaq olması və baş məşqçi Dieqo Simeonenin qərarları barədə də fikir mübadiləsi aparılıb. Maraqlıdı ki, yalnız qapıçı Yan Oblak və yarımmüdafiəçi Saul Nigesin oyunu barədə irad bildirilməyib.

Qeyd edək ki, Çempionlar Liqasının ilk 3 turunda “Atletiko” 2, “Qarabağ” isə aktivinə 1 xal yazdırıb.