Miocic Nqannu

Tərlan Əhmədov: "Bu nəticələr eyforiya yaratmamalıdır"

Futbol 30.10.2017 10:44
Tərlan Əhmədov: "Bu nəticələr eyforiya yaratmamalıdır"
429 Dəfə oxunub
"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov "Sumqayıt"la oyundan sonra mətbuat konfransında iştirak edib. O, əvvəlcə azarkeşlərə təşəkkür edib: "90 dəqiqə bizə dəstək oldular. Əla atmosfer var idi. Artıq komandaya inam yaranıb. Futbolçulara da təşəkkür düşür. Gəncə səfərindən sonra demişdim ki, bizim növbəti  “Sumqayıt”la ağır oyunumuz olacaq. Çünki rəqib həddən artıq işgüzardı".

"Bəlkə əvvəldən komandada olsam, mövqeyimiz pis olacaqdı. Sadəcə işimizi görürük. Komandanı yaxşı motivasiya etməyə çalışırıq. Ardıcıl 4 qələbə hələ heç nə deyil. Yolun başlanğıcındayıq. Bizi çox maneələr gözləyir. 4 tur əvvəl bizə 3 xal gözü ilə baxırılarsa, indi münasibət fərqlidi. İşimiz daha da çətinləşir. Bu nəticələr eyforiya yaratmamalıdı. Əvvəldən burda olsam, necə olacağını bilmirəm.

"Bura gələndə iki oyun uduzduq, dedilər komanda gedir. Bura bütün görüşlərdə  qələbə qazanmaq üçün gəlməmişəm. Gələcək oyunlarda nə olacağını zaman göstərəcək. Komandanı “qara zolaq”dan çıxarmaq istəyirik. Yalnız gözəl futbola, əzmkarlığa söz verə bilərəm. Nəticənin necə olacağını bilmirik".