Cümə günü millimizin baş məşqçisinin adı açıqlana bilər

Futbol 30.10.2017 17:22
Cümə günü millimizin baş məşqçisinin adı açıqlana bilər
760 Dəfə oxunub
Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb.

İclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, bir neçə gün öncə Robert Prosineçki ilə müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması qərara alınıb.