İbrahim Şehiç Top-5-də!

Futbol 02.11.2017 16:07
İbrahim Şehiç Top-5-də!
1265 Dəfə oxunub
UEFA bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində ən çox seyv edən 5 qapıçının siyahısını tərtib edib.

Avropa futbol qurumunun rəsmi saytının yaydığı xəbərə görə, siyahıda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var. O, Andrey Pyatovla ("Şaxtyor" Donetsk) birgə 21 seyvlə 2-ci 3-cü pillələri bölüşdürür. 4-5-ci yerləri hərəyə 20 seyvlə İqor Akinfeyev (SSKA, Moskva) və Huqo Lloris (“Tottenhem”) tutur.

“Maribor”lu Yasmin Handanoviç isə 24 seyvlə bu siyahıda liderlir edir.