Miocic Nqannu

İcraiyyə Komitəsinin gündəliyi bəlli oldu

Futbol 02.11.2017 16:51
İcraiyyə Komitəsinin gündəliyi bəlli oldu
301 Dəfə oxunub
AFFA İcraiyyə Komitəsinin iclasının sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb.  Bakı Olimpiya Stadionunda baş tutacaq yığıncaq saat 9:30-da başlayacaq.

Komitə üzvləri öncə milli komandasının baş məşqçisi vəzifəsinə namizədləri müzakirə edəcək. Ardınca AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yolun təqdimatı olacaq.

İclasın sonunda komitə üzvləri digər məsələlər ətrafında müzakirə aparacaq. Yığıncaq  başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.