invest

Qurban Qurbanov: "Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da"

Futbol 03.11.2017 11:14
Qurban Qurbanov: "Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da"
1303 Dəfə oxunub
Qurban Qurbanov millimizin yeni baş məşqçisi kimi ilk açıqlama verib.

CBC Sport-la canlı yayımlanan brifinqdə o istənilən məşqçinin yığmada işləmək istədiyini deyib: "İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm.  Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da. Çətin və məsuliyyətli bir işdir. Bütün azarkeşlərin diqqəti milliyə yönəlib. Hər kəs milli komandanın uğur qazanmasını istəyir. Biz də nəticələri yaxşılaşdırmaq və uğur qazanmaq niyyətindəyik. Bizim uzun müddətli planımız olacaq və bunu yavaş-yavaş həyata keçirməyə çalışacağıq.  İşlər çox olacaq. Biz də rəhbərliklə bu işlərin öhdəsindən gəlməyə çalışacağıq.  Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.