Rövnəq Abdullayev: "Əgər şans varsa, bunu dəyərləndirmək lazımdır"

Futbol 03.11.2017 11:27
Rövnəq Abdullayev: "Əgər şans varsa, bunu dəyərləndirmək lazımdır"
616 Dəfə oxunub
İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O, Qurban Qurbanovun İcraiyyə Komitəsində də fəaliyyətini davam etdirəcəyini deyib: "Qarabağ" millinin özəyin təşkil edən komandadır. Odur ki, Qurban müəllim "Qarabağ"da da işləyəcək. Bu ümumi işə xeyirdir".

AFFA prezidenti Qurbanovla uzun müddət əməkdaşlıq etmək istədiklərini söyləyib: "O, ümumi sistem yaratmalıdır. Hardasa 6 il ərzində bu sistemi həyata keçirməlidir".

Rövnəq Abdullayev hələ ki millidə Qurbanova kimlərin kömək edəcəyini müəyyənləşmədiyini bildirib: "Hələ ki bu haqda danışmaq tezdir. Bir çox məsələlər var ki, onları müzakirə etməliyik. Yaxın bir az ərzində bu məsələlərə aydınlıq gələcək".

AFFA prezidenti millimizin AÇ-2020-ə vəsiqə qazanmaq şanslarını da dəyərləndirib: "Əgər şans varsa, bunu dəyərləndirmək lazımdır. Qurbanov vətənini sevən insandır. Onun məqsədi xalqına xidmət etməkdir".