invest

Millətlər Liqası bütün dünyada keçirilə bilər

Futbol 08.11.2017 10:22
Millətlər Liqası bütün dünyada keçirilə bilər
698 Dəfə oxunub
UEFA və FİFA Millətlər Liqasının bütün dünya üzrə keçirilməsi ilə bağlı danışıqlara başlayıblar. Bu haqda UEFA-nın mətbuat xidmətindən BBC-yə məlumat veriblər.

Artıq turnirin mümkün reqlamenti də müzakirə olunur.

Avropa Millətlər Liqası həm də AÇ-2020-yə vəsiqə verəcək. Belə ki, yarışlar 4 divizionda keçiriləcək və bu divizionlarda hərəsində 4 komanda olan 4 qrup olacaq. Hər qrupun qalibi Avropa çempionatına vəsiqə qazanacaq.

Bundan əlavə, həmin dörd komanda bir üst diviziona da çıxacaq. Həmin divizionda ən pis nəticə göstərəcək 4 komanda isə aşağı diviziona yuvarlanacaq.