Bisping Qastelium

Samir Ələkbərov:"Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik"

Futbol 10.11.2017 11:28
Samir Ələkbərov:"Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik"
246 Dəfə oxunub
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan – Almaniya oyunundan sonra komandamızın baş məşqçisi Samir Ələkbərov görüşlə bağlı fikirlərini bölüşüb:
“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu, bunların üzərində işləyəcəyik. Uşaqlarda istək var idi. Komanda yaxşı hazırlaşmışdı. Sadəcə ilk oyunda 1:6 uduzmuşduq. Üstəlik, oyun başlayan kimi qol buraxmağımız çıxışımıza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
Kosovo ilə oyunda dəyişikliklər olacaq. Paltardəyişmə otağı sanki xəstəxanaya çevrilib. Bir neçə oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb".