Bisping Qastelium

"Qızıl top" nə vaxt veriləcək?

Futbol 10.11.2017 16:56
"Qızıl top" nə vaxt veriləcək?
254 Dəfə oxunub
Fransanın nüfuzlu “France Football” nəşri “Qızıl top”un sahibinin məlum olacağı tarixi açıqlayıb. Dekabrın 7-də keçiriləcək tədbirdə 2017-ci ilin ən yaxşı futbolçusu mükafatına qovuşacaq.

Mükafatı Fransa millisinin sabiq üzvü David Jinola təqdim edəcək.

Titula namizəd olan 30 futbolçu bunlardı: Lionel Messi (“Barselona”, Argentina), Pyer-Emerik Obameyanq (“Borussiya” D., Qabon), Edison Kavani (PSJ, Uruqvay), Mats Hummels (“Bavariya”, Almaniya), Kərim Benzema (“Real”, Fransa), Kilian Mbappe (PSJ/”Monako”, Fransa), İsko (“Real”, İspaniya), Leonardo Bonuççi (“Yuventus”/”Milan”, İtaliya), Eden Azar (“Çelsi”, Belçika), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Canluici Buffon (“Yuventus”, İtaliya), Antuan Qrizman (“Atletiko”, Fransa), Radamel Falkao (“Monako”, Kolumbiya), Toni Kroos (“Real”, Almaniya), Sadio Mane (“Liverpul”, Seneqal), Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzeko (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filip Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya), Nqolo Kante ("Çelsi", Fransa).